SIĞORTA

Avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 9326 müqavilə bağlanıb
08 SENTYABR
118

Avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 9326 müqavilə bağlanıb

2017-09-08 14:27:00

017-ci ilin avqust ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 9326 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 080 459 manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 7360-ı yaşayış evləri və mənzillər, 29-u inzibati binalar, 1937-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 47% azalma, sığorta haqlarının məbləğində isə 2% azalma müşahidə edilmişdir.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 321, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4 sığorta müqaviləsi bağlanılmışdır.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294