SIĞORTA

"AXA MBASK"ın maliyyə vəziyyəti açıqlandı
31 AVQUST
404

"AXA MBASK"ın maliyyə vəziyyəti açıqlandı

2017-08-31 11:14:00

“AXA Mbask” sığorta şirkəti bu ilin birinci yarısı üzrə maliyyə hesabatını açıqlayıb. Fins.az-ın məlumatına görə, sığorta şirkətinin  cəmi gəlirləri 13 747 703  manat olub.  Cəmi xərcləri isə 14 192 900  manat təşkil edib. 

Bundan əlavə, şirkətin cəmi uzunmüddətli aktivləri 8 897 935 manat, cəmi qısamüddətli aktivləri 29 393 451 manat, cəmi kapitalı 19 979 626, cəmi öhdəlikləri 18 311 760 manat olub.  

  “AXA MBASK” bu ilin birinci yarısında zərər edib. Belə ki, hesabat dövründə şirkətin xalis zərəri 445 196 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287