SIĞORTA

A-Qroup-dan yeni Sığorta Paketi Cəmi 80 ABŞ dolları
29 AVQUST
334

A-Qroup-dan yeni Sığorta Paketi Cəmi 80 ABŞ dolları

2017-08-29 14:57:00

A-Qroup yeni “Fors major” sığorta paketini təqdim edir. Bu xidmət 24 saat 7 gün ərzində Təcili Tibbi Yardım göstərilməsini təmin edir.

Xəstəliklər, bədbəxt hadisələr, travmalar, yanıqlar, zəhərlənmələr, yüksək temperatur və başqa hallarda tibb müəssisəsindən kənarda (Təcili Tibbi Yardım briqadasının çağırıldığı yerə) Təcili Tibbi müdaxilə tələb olunan A-Qroup-un sığortalısı peşəkarların köməyinə güvənə bilər.

Bu paketin vacib hissəsi - Təcili Cərrahi Müdaxilə xərclərinin ödənilməsidir, məsələn sınıq, xoranın açılması, kəskin appendisit hallarında.

Təcili Tibbi Yardım çağırılması zamanı Sığortalının Təcili Hospitalizasiya olunmasına ehtiyac olarsa (misal üçün, ani yaranmış bir xəstəlik və ya hal, həyati təhlükəsi olan xroniki xəstəliyin kəskinləşməsi) bu halda Sığortalı subkontraktor klinikalardan birinə yerləşdirilir.

Təcili Tibbi Yardım avtomobilləri Sığortalının həyatını xilas etmək üçün Avropa standartlarına cavab verən, reanimasiya tədbirləri həyata keçirtmək üçün hər bir terapevtik və diaqnostik avadanlıqla təchiz olunmuşdur.

Bundan əlavə yeni sığorta paketi Təcili Peyvənd və təxirə salınmaz Stomatoloji Yardımla təmin edir.

Fors major paketinin müsbət cəhəti onun qiymətidir – cəmi 80 ABŞ dolları ödəməklə siz Təcili tibbi yardım, Təcili cərrahiyə, təcili qospitala yerləşdirmə, Təcili Peyvənd və Təcili Stomatoloji Yardımla təmin olunursunuz.

A-Qroup dinamik inkişaf edir, 22 ildən artıq sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılması üçün daim çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296