SIĞORTA

Yenilik sığorta şirkətlərini debitor borcdan xilas edib
25 AVQUST
358

Yenilik sığorta şirkətlərini debitor borcdan xilas edib

2017-08-25 14:16:00

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə elektron şəhadətnamələrə keçid sığorta sektoru üçün faydalı dəyişiklik olub. Bunu Fins.az-a müsahibəsində “AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov deyib. Onun sözlərinə görə, əvvəllər əksər sığorta şirkətlərində kiçik və ya orta ölçüdə debitor borc problemi yaranırdı. Bir sıra agentlər şirkətlərin etibarında istifadə edib sığorta haqlarının ödənilməsini gecikdirirdilər: “Bəzi hallarda vətəndaşları aldadırdılar, bəzi hallarda sığorta haqqını mənimsəyirdilər. Amma ötən ilin noyabr ayının 1-dən etibarən bu problem kökündən həll edilib. Sığorta haqqı ödənilməsində heç bir problem yoxdu”. O.Məmmədov əlavə edib ki, bəzi hallarda yenə də kiçik pozuntulara rast gəlinir, amma nəzarət güclü olduğu üçün dərhal aşkarlanır: “Min şəhadətnamədən 1-2-də pozuntu ola bilir. Amma biz istəyirik ki, bu da olmasın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294