SIĞORTA

Avtomobillərin icbari sığortası ilə bağlı yeni təkliflər – Endirimlər olmayacaq
25 AVQUST
483

Avtomobillərin icbari sığortası ilə bağlı yeni təkliflər – Endirimlər olmayacaq

2017-08-25 09:33:00

Avtomobillərin icbari sığortasında endirimlərin qarşısını almaq üçün təkliflər hazırlanır.

Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında müzakirələr aparılır. Çünki qurumda hesab edirlər ki, indiyə qədər tətbiq edilən inzibati sanksiyaların sığorta şirkətləri tərəfindən təklif edilən icbari sıgorta üzrə endirimlərin qarşısının alınmasında effektivliyi olmayıb.

Qanunsuz endirimləri dayandırmaq üçün daha çox iqtisadi metodlardan istifadə ediləcək.

Ekspertlər hesab edir ki, sığorta üzrə nağd ödənişlərdən sığorta şirkətləri öz mənafeləri üçün istifadə edir.

Təkliflər qəbul edilərsə və təmirin keyfiyyətinə nəzarət olunarsa daha yaxşı olar. Əks halda isə sürücülər narazı qalacaq.

Ekspertlər deyirlər ki, yeni təklif daha çox avtoservislərə sərf edəcək. Çünki onların müştərilərinin sayı artacaq.

©Xəzərxəbər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287