SIĞORTA

Sığorta şirkətləri işçilərini robotlarla əvəzləməyə başladı
24 AVQUST
504

Sığorta şirkətləri işçilərini robotlarla əvəzləməyə başladı

2017-08-24 12:07:00

Yaponiya sığorta şirkəti işçilərini robotlarla əvəzləməyə başlayıb. Fins.az xəbər verir ki, Yaponiyanın “Fukoku Mutual Life İnsurance” sığorta şirkəti 34 işçisini azad edərək onların yerinə yetirdikləri sığorta ödənişlərinin hesablanması işini süni intellekt əsasında yaradılmış avtomatlaşdırılmış kompyuter sisteminə həvalə edib. Qiyməti 200 milyon yen olan olan yeni sistem artıq bu ilin yanvar ayından quraşdırılıb. Şirkət rəhbərliyindən verilən açıqlamada bu addımın istehsal həcmini 30%-dək artıracaq və illik maaş xərclərini 140 milyon yenədək (1,2 milyon dollar) azaldacaq. Belə bir sistemə texniki baxış xidmətlərinin ildə 15 milyon başa gələcəyi gözlənilir və bu göstərici təxminən illik maaşdan 10 dəfə azdır.

Qeyd edək ki, sözügedən sistem İBM-in Yaponiya şöbəsinin yaratdıqları Watson texnologiyası üzərində qurulub, onlar Watsonu “insan kimi düşünə bilən idrak texnologiya”sı kimi təsvir edirlər. Yaradıcılarının sözlərinə görə, Watson hər hansı məlumatları, o cümlədən strukturu olmayan mətn, audio, video və şəkilləri təhlil və təfsir edə bilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294