SIĞORTA

Azərbaycanda ən zərərli sığorta növləri məlum oldu -SİYAHI
22 AVQUST
507

Azərbaycanda ən zərərli sığorta növləri məlum oldu -SİYAHI

2017-08-22 14:32:00

Azərbaycanda ən zərərli sığorta növləri məlum olub. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarı ilə bağlı açıqladığı 6 aylıq hesabata əsasən ölkədə ən zərərli sığorta növlərini tərtib edib. Hesabata əsasən Azərbaycanda ən zərərli sığorta növü işçilərin dələduzluğu sığortasıdır. Belə ki, bu ilin birinci yarısında bu sığorta növü üzrə toplanan sığorta haqları  ödənişlərdən 2,6 dəfə az olub. Siyahıda ən zərərli sığorta növləri arasında növbəti yeri yük daşıyanın mülki məsuliyyətinin sığortası tutub-1,6 dəfə. Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə builki ödənişlərin artması bu sığorta növünü ən zərərlilər sırasında ilk üçlüyə daxil edib. Kənd təsərrüfatı sığortası üzrə məşğul olan şirkətlər ümumilikdə 106,1% ödəniş ediblər.  Ən zərərli sığorta növlərinin tam siyahısı belədir:

Sığorta sinifləri

Sığorta haqları

Sığorta ödənişləri

Nisbət

işçilərin dələduzluğu sığortası

655.646,63

1.719.220,00

262,2%

yük daşıyanın mülki məsuliyyətinin sığortası

27479,49

45935,99

167,2%

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

1.324.136,01

1.405.365,96

106,1%

həyatın yaşam sığortası

71822309,16

59720063,66

83,1%

hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

2.831.249,00

2.171.000,00

76,7%

hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

2270344,08

1532790

67,5%

avtonəqliyyat vasitələrinin sığortası

10560077,81

5711973,75

54,1%

tibbi sığorta

51.652.408,88

24.676.620,87

47,8%

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

44708578,02

19903036,35

44,5%

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293