SIĞORTA

“Atəşgah Sığorta” işçi axtarır –VAKANSİYA
13 AVQUST
1238

“Atəşgah Sığorta” işçi axtarır –VAKANSİYA

2017-08-13 21:00:00

Atəşgah Sığorta” tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 23-35 yaşlarında, ali tibbi təhsilli namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi sentyabr ayının 10-dur.

Namizədə tələblər

• Yaş: 23-35 
• Cinsi: fərq etməz
• Təhsil: Ali, tibb təhsili mütləqdir (təhsil alan tələbələr və rezidenturada işləyən namizədlər də müraciət edə bilər
• İş təcrübəsi: vacib deyil 
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) mütləqdir

Əsas vəzifə öhdəlikləri

• Daxil olan zənglərin cavablandırılması
• Sığortalı müştərilərə telefonla konsultasiyanın verilməsi
• Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
• Tibbi və sığorta sənədləşdirilməsinin aparılması

İş şərtləri

• İş vaxtı: qrafiklə 
• Səhər növbəsi operatoru, həftə ərzində 5 iş günü – netto əmək haqqı 550 AZN
• Gecə növbəsi operatoru, ay ərzində 8 - 10 iş günü – netto əmək haqqı 250 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
• Maraqlananlar öz CV formalarını 
[email protected] ünvanına göndərə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296