SIĞORTA

“AtaSığorta”da rekord göstərici
08 AVQUST
768

“AtaSığorta”da rekord göstərici

2017-08-08 14:17:00

“AtaSığorta” şirkəti bu ilin 7 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən Fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 4,5% artaraq 6,894 milyon manat olub. Ötən ilin eyni dövründə sığorta şirkəti 6,595 milyon manat sığorta haqqı toplaya bilmişdi. Bu ilin iyul ayı üzrə isə sığorta yığımları 1 638 123 manat təşkil edib. Qeyd edək ki, bu, aylıq yığımların həcminə görə ən böyük göstəricidir. Bu il ərzində ən çox sığorta haqqı buna qədər iyun ayında toplamışdı -1,327 milyon manat.

Sığorta şirkətinin yığımları ilə yanaşı, ödənişləri 15,8% artaraq 2,147 milyon manat təşkil edib. 2016-cı ilin 7 ayında “AtaSığorta”nın ödəniş xərcləri isə 1,854 milyon manat olmuşdu.

AtaSığorta”nın 2017-ci ilin iyul ayı üzrə ödənişləri isə 420 515 manat təşkil edib.Sığorta şirkətindən bildirilib ki, bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287