SIĞORTA

Bakıda yanan ofisə görə 150 min ödəniş edildi
08 AVQUST
413

Bakıda yanan ofisə görə 150 min ödəniş edildi

2017-08-08 10:42:00

AZSIĞORTA şirkəti “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib. Bu barədə Fins.az-a sığorta şirkətindən bildirilib. Məlumata görə. Bakı şəhəri ərazisində yerləşən ofis binasına çəkilmiş elektrik xətlərinin qısa qapanması nəticəsində yanğın hadisəsi baş verib. AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 150 689 manat dəyərində sığorta ödənişi edib.

Qeyd edək ki, bu il AZSIĞORTA şirkəti daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900 və 234 856 manat sığorta ödənişi həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287