SIĞORTA

“Azərsığorta”nın son vəziyyəti ilə bağlı sədr müavinindən – AÇIQLAMA
07 AVQUST
351

“Azərsığorta”nın son vəziyyəti ilə bağlı sədr müavinindən – AÇIQLAMA

2017-08-07 11:17:00

“Azərsığorta” şirkətinin bu ilin birinci yarısı üzrə sığorta yığım-ödəniş göstəriciləri məlum olub. Şirkətdən Fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 13,235 milyon manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azalma deməkdir. Belə ki, 2016-cı ilin yanvar-iyun aylarında “Azərsığorta” 32,696 milyon manat sığorta haqqı toplaya bilmişdi. Sığorta yığımlarının 11,607 milyon manatı icbari sığorta növlərinin, 1,627 milyon manatı isə könüllü sığorta növlərinin payına düşüb.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 27,3% azalaraq 6,502 milyon manat olub. Ötən ilin eyni dövründə isə “Azərsığorta”nın ödəniş xərcləri 8, 940 milyon manat təşkil etmişdi. Sığorta ödənişlərinin 6,055 milyon manatı icbari sığorta növlərinin, 447,5 min manatı könüllü sığorta növlərinin payına düşüb.

Sığorta şirkətinin yığımlarının kəskin azalması zərərlilik göstəricisinə mənfi təsir edib. Belə ki, ötən ilin birinci yarısının göstəricilərinə əsasən toplanan hər 100 manatdan 27,3 manatı ödəniş olaraq müştərilərə verilibsə, bu ilin eyni dövründə bu rəqəm 49,1 manat təşkil edib.

Yığımların kəskin azalmasına “Azərsığorta”dan münasibət bildirilib. Şirkətin idarə heyətinin sədr müavini Aftandil Hacıyev Fins.az-a sığorta yığımlarında kəskin azalmaya səbəb bəzi müqavilələr üzrə daxil olmaların gecikməsidir. Belə ki, bəzi icbari sığorta növləri üzrə müqavilələr yenilənsə də, sığorta haqları ödənilməyib. Bu da ümumi statistikaya təsir edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297