SIĞORTA

Sığorta şirkəti yığımlarından 46% artıq ödəniş etdi
03 AVQUST
317

Sığorta şirkəti yığımlarından 46% artıq ödəniş etdi

2017-08-03 12:20:00

“Rəvan Sığorta” şirkəti bu ilin birinci yarısı üzrə sığorta yığım və ödənişləri üzrə nəticələrini açıqlayıb. Şirkətdən Fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi ilk altı ayda 246 892 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 54,8% azdır. Belə ki, 2016-cı ilin birinci yarısında “Rəvan Sığorta” 546 218 manat sığorta haqqı toplaya bilmişdi. Yığımların 95%-i əmlak, kasko və yük sığortasının hesabına formalaşıb.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 16,6% azalıb. Belə ki, ötən ilin birinci yarısında “Rəvan Sığorta”nın ödəniş xərcləri 432 320 manat təşkil edibsə, bu ilin 6 ayı ərzində bu rəqəm 360 477 manat olub.

Bununla belə, “Rəvan Sığorta” yığımlarından çox ödəniş edən şirkətlər arasındadır. Sığorta şirkəti ötən il topladığı hər 100 manatdan 79 manatını sığorta ödənişlərinə yönəldibsə, bu il hətta topladığından da artıq, yəni 146 manat ödəniş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0075
  • ₽ RUB
    0.0288