SIĞORTA

“AzSığorta”nın yığımları 1,7 milyon manat artdı
02 AVQUST
249

“AzSığorta”nın yığımları 1,7 milyon manat artdı

2017-08-02 11:06:00

“AzSığorta” şirkəti bu ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətdən Fins.az-a verilən məlumata görə, ümumi yığımları həcmi 16,8% və ya

1 780 872 manat artaraq 12 371 936 manat təşkil edib. Ötən ilin birinci yarısında isə toplanan sığorta haqlarının həcmi 10 591 063 manata bərabər olmuşdu.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 24,5% artaraq 4 182 307 manat təşkil edib. 2016-cı ilin yanvar-iyun aylarında isə “AzSığorta”nın sığorta ödənişləri 3 358 809 manat olmuşdu.

Ödənişlərin yığımlara nisbətən daha çox artması sığorta şirkətinin zərərlilik göstəricisini nisbətən artırıb. Belə ki, ötən ilin 6 ayında “AzSığorta” topladığı hər 100 manatdan 31,7 manatını ödəniş olaraq müştərilərinə qayratıbsa, bu ilin eyni dövründə bu rəqəm 33,8 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297