SIĞORTA

Gürcüstana avtomobillə gedənlərə – XÜSUSİ TƏLƏB
16 İYUN
9476

Gürcüstana avtomobillə gedənlərə – XÜSUSİ TƏLƏB

2017-06-16 13:57:00
2018-ci ildən Gürcüstan ərazisi ilə hərəkət edən, lakin xaricdə qeydiyyata alınmış avtomobillər üçün icbarı sığorta qüvvəyə minəcək.  Fins.az xəbər verir ki,  Gürcüstan parlamentinə digər ölkələrin avtomobil sahibləri tərəfindən mülki məsuliyyət icbari sığortasını məcburi əldə etmək üzrə qanun layihəsi artıq təqdim olunub.
Avtosığortanın effektivliyi üçün bazarda üç ildən artıq fəaliyyət göstərən şirkətlərin iştirakı ilə Mərkəz yaradılacaq.
Qanun layihəsinə əsasən, sığorta mükafatı kateqoriyalar və sığorta dövrünə görə fərqlənir.
Mühərrikin iş həcmi 50 kub.sm-dən yüksək olan motosikletlər üçün: 15 gün – 20 lari (14 manat), 30 gün – 35 lari (24 manat), 90 gün – 70 lari (49 manat), 1 il – 215 lari (151 manat)-yə başa gələcək.
Minik avtomobili üçün 15 günlük polis - 30 lari (21 manat), 30 günlük – 50 lari (35 manat), 90 günlük – 90 lari (63 manat), 1 illik – 295 lari (207 manat).
Avtobus üçün - 15 gündən artıq 45 lari (31 manat), 30 gün – 75 lari (52 manat), 90 gün – 140 lari (98 manat), 1 il – 480 lari (337 manat).
Yük maşını üçün: 15 gün – 60 lari (42 manat), 30 gün – 100 lari (70 manat), 90 gün – 170 lari (119 manat), 1 il – 610 lari (429 manat).
İcbari sığorta dövründə sağlamlığa dəyən zərərin sığorta limitinin məbləği 30 min lari (21 min manat) təşkil edir. Hər sığorta hadisəsinə görə ümumi sığorta limiti 300 min lari (211 min manat) təşkil edir. Əmlaka dəymiş zərərin limiti isə 25 min və 50 min lariyə bərabərdir (17 və 35 min manat).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287