SIĞORTA

Əkinə dəyən ziyana görə yarım milyon sığorta pulu verildi
16 İYUN
727

Əkinə dəyən ziyana görə yarım milyon sığorta pulu verildi

2017-06-16 11:29:00

 “Azərbaycan Sənaye Sığorta”  kənd təsərrüfatı bitkilərinin sığortası üzrə növbəti  böyük sığorta ödənişini həyata keçirib. Şirkətdən Fins.az-a verilən məlumata görə, 2016-cı ilin son aylarında Kürdəmir, Beyləqan, İmişli, Ağcəbədi, Bərdə və Tərtər  rayonlarındakı  şəkər çuğunduru əkin sahələrinə şaxta nəticəsində ciddi ziyan dəyib. Sahələrə dəymiş zərər üçün çoxsaylı fermerlərə ümumilikdə 508 404  manat sığorta ödənişi həyata keçirilib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Sənaye Sığorta”ASC tərəfindən bu ilin fevral ayında Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, İmişli, Samux, Tovuz, Tərtər, Biləsüvar və Kürdəmir rayonlarında şəkər çuğunduru əkin sahələrinə dolu nəticəsində dəymiş zərər üçün fermerlərə 205 392 manat, mart ayında isə 604 267 sığorta ödənişi həyata keçirilmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288