SIĞORTA

“İndi sığortasız sürücülər bizi axtarır”–“AZƏRSIĞORTA”
13 İYUN
362

“İndi sığortasız sürücülər bizi axtarır”–“AZƏRSIĞORTA”

2017-06-13 10:28:00
İyunun 7-dən etibarən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılıb. Yəni, sığortasız avtomobilləri radar birbaşa qeydə alır və sürücü buna görə cərimələnir. Yenilik son bir neçə gündə sığortalanan avtomobillərin sayına xeyli təsir edib.
Avtomobillərin icbari sığortası ilə bağlı müraciətlərin artması sığorta şirkətlərində də hiss edilməyə başlayıb. “Azərsığorta” şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev Fins.az-a bildirib ki, son bir neçə gündə avtomobillərini sığortalamaq üçün müraciət edənlərin sayında artım müşahidə edilir: “Artımın hansı həcmdə olduğunu deyə bilmərəm. Amma əvvəl sığortaya görə, biz avtomobil sahiblərini axtarırdıq, indi isə onlar  sığorta şirkətini axtarır”. Sədr müavini bildirib ki, bunun əsas səbəbi sürücülərin cərimələnmək qorxusudur. Halbuki hər kəs sığortanın faydasını dərk edib avtomobilini, əmlakını, evini sığortalamalıdır.
A.Hacıyev bildirib ki, avtomobillərlə yanaşı, digər əmlaklara da tez-tez ziyan dəyir. O cümlədən, yanğın halları ilə bağlı risklər çoxdur. Vətəndaşlar adətən evləri və daşınar əmlakları yararsız hala düşəndən sonra dövlət qurumlarına müraciət edib yardım istəyirlər. Halbuki kiçik sığorta haqqı müqabilində evlərini sığortalaya və zərəri qarşılaya bilərlər. Bu baxımdan A.Hacıyev hesab edir ki, avtomobillərin icbari sığortası ilə bağlı mexanizmin əmlak sığortasına da tətbiq edilməsi effektiv ola bilər.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285