SIĞORTA

Sığorta şirkəti bir ayda 4 filial, 6 nümayəndəlik və 30 satış məntəqəsı açdı
12 İYUN
942

Sığorta şirkəti bir ayda 4 filial, 6 nümayəndəlik və 30 satış məntəqəsı açdı

2017-06-12 12:57:00
“AtaSığorta” son 1 ayda 4 filial, 6 nümayəndəlik və 30  satış məntəqəsi  açıb. Bu barədə Fins.az-a sığorta şirkətinin İdarə Heyətinin Üzvü - Sığorta Xidmətləri Departamentinin direktoru Qoşqar Həsənov məlumat verib. O bildirib ki, “AtaSığorta” müştərilərinə daha yaxın olmaq və onlara yüksək xidmət göstərmək məqsədilə, şirkətin strategiyasına uyğun olaraq may ayından başlayaraq Sumqayıt, Şirvan, Göyçay, Şəki  şəhərləri üzrə 4 yeni filial  açıb. Bundan əlavə, şirkətin Bakı şəhərində  4 - Nərimanov, Yasamal, Gənclik, Bakı nümayəndəlikləri,  regionlarda isə Lənkəran, Bərdə nümayəndəlikləri fəaliyyətə başlayıb. Eyni zamanda bu filial və nümayəndəliklər  vasitəsilə, 30-a yaxın satış məntəqəsi xidmət göstərir.
Q.Həsənov bildirib ki, yeni filial, nümayəndəlik  və satış nöqtələrinin açılmasında əsas məqsəd avtomobillərin icbari sığortası sahəsində, o cümlədən digər icbari və könüllü sığorta növlərində satışların artırılması və sığortalılara operativ xidmət göstərilməsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285