SIĞORTA

“AtaSığorta”nın yeni nümayəndəlikləri açıldı
06 İYUN
610

“AtaSığorta”nın yeni nümayəndəlikləri açıldı

2017-06-06 12:45:00
“AtaSığorta” şirkətinin 3 yeni nümayəndəliyi fəaliyyətə başlayıb. Bu barədə fins.az-a şirkətin İdarə Heyətinin Üzvü, Sığorta Xidmətləri Departamentinin direktoru Qoşqar Həsənov bildirib. Söhbət ”BAKI”, “YASAMAL” və “GƏNCLİK” nümayəndəliklərindən gedir. ”BAKI” nümayəndəliyi Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 33 ünvanında,“YASAMAL” Nümayəndəliyi Nəsimi rayonu, M.Qaşqay küçəsi 24 ünvanında, “GƏNCLİK” Nümayəndəliyi isə Nərimanov rayonu, Atatürk pr. 29 ünvanında fəaliyyət göstərəcək.
Q.Həsənov bildirib ki, xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış nümayəndəliklər Bakı şəhərində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir.
Qeyd edək ki, “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir.  Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285