SIĞORTA

“İpək Yolu Sığorta”nın ödənişləri 4 dəfə artdı
12 YANVAR
287

“İpək Yolu Sığorta”nın ödənişləri 4 dəfə artdı

2017-01-12 10:13:00

“İpək Yolu Sığorta” şirkəti 2016-cı il üzrə nəticələrini məlum olub. Fins.az-ın məlumatına görə, şirkətin ümumi yığımların həcmi 9 % artaraq 19 148 017 manat olub. 2015-ci ildə isə bu rəqəm 17 554 682 manat təşkil etmişdi. Sığorta yığımlarının 1 512 820 manatı icbari sığortaların, 17 635 197 manatı isə könüllü sığortaların payına düşüb.

Sığorta şirkətinin ödənişləri isə birdən-birə 4,1 dəfə artaraq 70 hadisə üzrə 2 653 177 manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm cəmi 635 316 manat olub. Qeyd edək ki, ödənişlərin bu qədər artmasına səbəb sentyabr ayında Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsinə görə əlavə 1 949 849 manat kompensasiya verilməsi olub. Şirkətin ödənişlərinin 2 612 916 manatı könüllü sığorta növləri üzrə 42 hadisə görə verilib. “İpək Yolu Sığorta”nın icbari sığorta növləri üzrə ödəniş xərcləri isə 28 hadisə üzrə 40 261 manat təşkil edib.

Sığorta şirkətinin böyük ödəniş verməsi ötən il onun zərərliliyinə də təsir edib.Son statistikaya əsasən, şirkət topladığı hər 100 manatdan  13,5 manatını ödəniş olaraq müştərilərinə verib. Halbuki, 2015-ci ilin eyni dövründə bu rəqəm 3,6 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285