SIĞORTA

"AZSIĞORTA" yeni sədrinin adını açıqladı
12 YANVAR
840

"AZSIĞORTA" yeni sədrinin adını açıqladı

2017-01-12 09:55:00

“AzSığorta” şirkəti  direktorlar şurasınını yeni sədrinin adını açıqlayıb. Şirkətdən fins.az-a verilən məumata görə, 30 dekabr 2016-cı il tarixində səhmdarlar yığıncağının qərarına əsasən, Viladi Manıyev "AZSIĞORTA" şirkətinin Direktorlar Şurasının yeni sədri təyin edilib.

Xatırladaq ki, Viladi Manıyev Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1975-1993-cü illərdə Bakıda və Moskvada akademik fəaliyyətlə məşğul olub. 1993-cü ildən kommerasiya təşkilatlarında çalışmağa başlayıb. 1996-cı ildən sığorta sahəsində karyerasını davam etdirib və artıq 20 ildir ki bu sahədə fəaliyyət göstərir. “ASC Insurance Company”, “Caspian Insurance”, “Chartis Azerbaijan” və “Qala Sığorta” kimi şirkətlərdə İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2008-2010-cu illərdə Amerika Azərbaycan Ticarət Palatasının bank, maliyyə və sığorta komitəsinin sədri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7021
  • € EUR
    1.9133
  • ₽ RUB
    0.0302