SIĞORTA

“Başak İnam”ın yığımları 2 dəfəyə yaxın azalıb – HESABAT
11 YANVAR
343

“Başak İnam”ın yığımları 2 dəfəyə yaxın azalıb – HESABAT

2017-01-11 14:22:00

“Başak İnam” sığorta şirkətinin 2016-cı il üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, yanvar-dekabr aylarında toplanan sığorta haqqlarının ümumi həcmi 547 761manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 1,8 dəfə azalıb. Belə ki, 2015-ci ildə bu göstərici 1 006 736 manat təşkil edib.  

Toplanan sığorta yığımlarının böyük hissəsi, əmlakın yanğından və digər risklərdən sığortasına aiddir. Sığorta haqlarının digər hissəsi kasko sığortanın, avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasının, işə götürənlərin məsuliyyət sığortasının, yük və səyahət sığortasının payına düşüb. Sığorta şirkətinin bir aylıq yığımlarının həcmi isə 18 471 manat olub.

«Başak İnam»ın ödənişləri isə 2016-cı ildə aylarında 5,8 dəfə azalaraq 142 877manat olub. Ötən ilin eyni dövründə şirkətin ödənişləri 831 656 manat təşkil edib.

Şirkətin məlumatına görə, ödənişlərin böyük hissəsi (105 min manat) kasko sığortanın payına düşüb. Bundan əlavə fərdi qəza və xəstəlik sığortası üzrə 11 082 manat, kreditlərin sığortası üzrə 20 105 manat, əmlakın yanğından sığortası üzrə 6 526 və tibbi sığorta üzrə 154 manat verilib.“Başak İnam”ın noyabr üzrə ödənişlərinin həcmi isə 4 min manat təşkil edib.

Sığorta şirkətinin ümumi portfelinin kiçilməsinə baxmayaraq zərərliliyi kəskin azalıb. Buna səbəb isə ödənişlərin kəskin azalması olub. Son statistikaya əsasən, sığorta şirkəti ötən ilin yanvar-dekabr aylarında topladığı hər 100 manatdan 82,6 manatını ödəniş olaraq müştərilərinə qaytarıb. Bu ilin eyni dövründə bu rəqəm cəmi 26 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294