SIĞORTA

“Azərsığorta” ötən ilin nəticələrini açıqladı
11 YANVAR
349

“Azərsığorta” ötən ilin nəticələrini açıqladı

2017-01-11 11:14:00

“Azərsığorta” şirkətinin 2016-cı il üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, 2016-cı ildə ümumi yığımların həcmi 0,4% azalaraq 41 224 916 manat olub.

2015-ci ildə isə şirkətin topladığı sığorta haqları bundan bir qədər çox olub - 41 384 364 manat. Sığorta şirkəti ötən ilin dekabr ayında isə 3,053 milyon manat sığorta haqqı toplaya bilib.

Sığorta şirkətinin yığımlarından fərqli olaraq ödənişləri 22,8 % artaraq 16 166 116 manat olub. 2015-ci ildə “Azərsığorta”nın ödəniş xərcləri 13 164 798 manat təşkil edib.

“Azərsığorta”nın  zərərliliyi də ötən ilin eyni dövrü ilə müqayisə də artıb. Sığorta şirkəti ötən il topladığı hər yüz manatdan  31,8 manatını ödəniş olaraq müştərilərə vermişdisə, bu ilin eyni dövründə bu rəqəm 39,2 manat olub.

Sığorta şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev fins.az-a bildirib ki, zərərliliyin artması ödəniş xərclərinin artması ilə bağlıdır. Onun sözlərinə görə, xüsusilə də ödənişlərin böyük hissəsini təşkil edən avtomobillərin icbari sığortası üzrə bir avtomobilə düşən xərclər artıb. Məsələn, əvvəl bir maşının təmiri  min manata başa gəlirdisə, indi 2 min manat və daha baha başa gəlir.Bu da ölkəyə xaricdən dollarla alınan ehtiyat hissələrinin bahalaşması ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288