SIĞORTA

Neft Fondu sığortaçı axtarır – ŞİRKƏTLƏRİN NƏZƏRİNƏ
11 YANVAR 2017
599

Neft Fondu sığortaçı axtarır – ŞİRKƏTLƏRİN NƏZƏRİNƏ

2017-01-11 10:26:00

Dövlət Neft Fondu (ARDNF) inzibati binanın daşınmaz əmlakının və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və daşınar əmlakın könüllü sığortası xidmətlərinin satınalınması üzrə açıq tender elan edib.  Fins.az-ın məlumatına görə, tender prosedurlarına 10 fevral 2017- ci il yerli vaxtla saat 10.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda başlanacaq. Hər bir lot üçün iştirak haqqı 100 (yüz) manat məbləğdə müəyyən edilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Podratçılardan tələb olunan sənədlər 30 yanvar 2017-ci il yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 9 fevral 2017-ci il yerli vaxtla saat 18.00-a qədər hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla  ARDNF-ə təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267