SIĞORTA

"AzRe”nin səhmdarları paylarını müəyyənləşdirəcək
11 YANVAR
318

"AzRe”nin səhmdarları paylarını müəyyənləşdirəcək

2017-01-11 09:36:00

Fevral ayının 13-də “Azre Təkrarsığorta” şirkətinini səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Fins.az-ən məlumatına görə, yığıncaqda şirkətin xalis mənfəəti hesabına  səhmlərin nominal dəyərinin artırılması hesabına nizamnamə kapitalının artırılması, səhmdarların nizamnamə kapitalına  paylarının müəyyən edilməsi, Cəmiyyətin aidiyyatı şəxsləri ilə əqdlərin bağlnması  barədə qərarın qəbul edilməsi səlahiyyətlərinin şirkətin idarə heyətinə həvalə edilməsi məsələləri müzakirə ediləcək.

Bundan əlavə, müzakirə ediləcək məsələlər sırasında  nizamnamə kapitalının  artırılması və aidiyyatı şəxslərlə nizamnaməyə dəyişikliklər barədə sənədin təsdiq edilməsi, nizamnamə kapitalının  artırılmasının dövlət qeydiyyatı ilə əlaqədar səlahiyyətli nümayəndənin təyin edilməsi, şirkətin rəhbər işçiləri ilə əmək müqaviləsinin imzalanması da yer alıb. Qeyd edək ki, yığıncaq şirkətin Bakı şəhəri, A.Bakıxanov küçəsi6 ünvanında “Bridge Plaza”nın 6-cı mərtəbəsindəki ofisində keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285