SIĞORTA

Şirkət 1 ildə yığdığı sığorta haqqını 1 ayda topladı – HESABAT
10 YANVAR
1494

Şirkət 1 ildə yığdığı sığorta haqqını 1 ayda topladı – HESABAT

2017-01-10 10:10:00

İqtisadi durğunluğa baxmayaraq “Günay Sığorta” 2016-cı ili artımla başa vurmağı bacarıb. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi yanvar-dekabr aylarında 32,8 dəfə artıb.

2015-ci ildə cəmi 80 339 manat sığorta haqqı yığan “Günay Sığorta”nın bu ilin eyni dövründə topladığı sığorta haqqlarının həcmi 2 637 351 manata qədər yüksəlib. Yığımların 50,5%-i kasko sığortanın, 29,3 %-i əmlak sığortasının, 11,7%-i fərdi qəza sığortasının, qalan hissəsi isə digər sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti icbari sığorta satışına başladığı 2 ayda  110 945 manat sığorta haqqı toplayıb. Sığorta yığımlarının  2 429 075 manatı isə könüllü növlərin payına düşüb. 

“Günay Sığorta”nın dekabr ayında yığımları 183 704 manat təşkil edib.Yəni, bu o deməkdir ki, ötən ilin dekabr ayında toplanılan sığorta haqqı 2015-ci ildən çox olub. 

Yığımlarla yanaşı,sığorta şirkətinin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 264 014 manat olub. Qeyd edək ki, 2015-ci ildə “Günay Sığorta” 97 163 manat ödəniş etmişdi. 

Sığorta ödənişlərinin əsas hissəsi avtomobillə bağlı hadisələrə görə verilib.Bundan əlavə, ödənişlərin bir hissəsi könüllü əmlak sığortası və tibbi sığorta üzrə olub. Sığorta ödənişlərinin 259 984 manatı könüllü sığorta növlərinin, 4 030 manatı isə icbari sığorta növlərinin payına düşüb. Sığorta şirkətinin dekabr ayı üzrə ödənişləri isə  98 707 manat olub.

Sığorta şirkətinin yığımlarının kəskin artması zərərliliyi də aşağı salıb. Belə ki, 2015-ci ildə toplanan hər 100 manat qarşılığında 122 manatı ödəniş olaraq verilibsə, 2016-cı ildə bu rəqəm cəmi 10 manat olub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285