SIĞORTA

İcbari əmlak sığortası artıb
06 YANVAR
295

İcbari əmlak sığortası artıb

2017-01-06 12:44:00

2016-cı ildə 140 848 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb. İcbari Sığorta Bürosundan fins.az-a verilən məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 25,2 milyona yaxın olub.

2015-ci il ilə müqayisədə bu növ üzrə icbari sığorta müqavilələrinin sayında 30% , sığorta haqlarının məbləğində 1.5% faiz artım müşahidə edilmişdir.

Bağlanan daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,78 %-i yaşayış evləri və mənzillər, 0,30%-i inzibati binalar, 18,92 %-i digər daşınmaz əmlakla bağlı olmuşdur.

2016-cı ildə icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 31%-i Bakı, 4,4%-i Sumqayıt, 3,9%-i Abşeron, 3,7%-i Gəncə, 2,6%-i Lənkaran, 54%-i isə digər şəhərlərinin payına düşür.

Qeyd edək ki, hazırda daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti fəaliyyət  göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8425
  • ₽ RUB
    0.0297