SIĞORTA

“Azərsığorta”dan filialda yanğınla bağlı – AÇIQLAMA
06 YANVAR
653

“Azərsığorta”dan filialda yanğınla bağlı – AÇIQLAMA

2017-01-06 10:26:00

“Azərsığorta” şirkəti Sumqayıt filialında baş verən yanğınla bağlı məsələyə aydınlıq gətirib. Qeyd edək ki,  yanvar ayının 2-də  ümumi sahəsi 50 kv.m olan filialın 1 otağında 6 kv.m sahədə arxiv sənədləri yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 10 kv.m sahədə əriyib. Yanğına səbəb elektrik naqillərində baş verən  qısaqapanma olub.

Şirkətin idarə heyətinin sədr müavini Aftandil Hacıyev fins.az-a bildirib ki, yanğın baş verən filial “Azərsığorta”da daşınmaz əmlakın sığortası üzrə sığortalanıb: “Yanğınla bağlı zərərin həcmi isə hesablanır. Bununla belə dəyən ziyan 300-500 manatdan artıq deyil”. Aftandil Hacıyev yanan sənədlər məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hadisə zamanı yanan sənədlər istifadəsiz  arxiv sənədləri olub. Yanğın zamanı hər hansı bir sığorta müqaviləsinə ziyan dəyməyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288