SIĞORTA

Sığorta şirkətinin ödənişləri 2,7 dəfə artdı
05 YANVAR
398

Sığorta şirkətinin ödənişləri 2,7 dəfə artdı

2017-01-05 14:21:00

“AtaSığorta” şirkəti ötən ilin dekabr ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a  verilən məlumata görə, sığorta şirkətinin ümumi yığımları 0,4% artaraq 448 173 manat olub. 2015-ci ilin eyni dövründə isə bu rəqəm  446 457  manat olub. Yığımların 322 091 manatı icbari sığorta növlərinin, 126 081 manatı isə könüllü sığorta növlərinin payına düşüb.

Sığorta şirkətinin ödənişləri 12,7 dəfə azalaraq 342 718 manat olub.Ötən ilin eyni dövrü “AtaSığorta”nın ödəniş xərcləri  931 935 manat təşkil edib. Ödənişlərin 185 117 manatı könüllü sığorta növlərinin, 157 601 manatı isə icbari sığorta növlərinin payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7021
  • € EUR
    1.9133
  • ₽ RUB
    0.0302