SIĞORTA

Bank sığorta məhsulu sata bilərmi?
29 DEKABR 2016
591

Bank sığorta məhsulu sata bilərmi?

2016-12-29 09:51:00

Son dövrdə banklarda sığorta məhsulu satışı genişlənib. Fins.az-ın məlumatına görə, son bir ayda banklar hətta sığorta məhsulu satışı ilə bağlı reklam kampaniyalarına başlayıblar. Həm icbari, həm də könüllü sığorta növləri üzrə satışlar həyata keçirilir.Banklar hətta öz müştərilərinə, yəni əmək haqqını və təqaüdünü eyni bankdan alan müştərilərə sığorta haqqlarının hissə-hissə ödənişini təklif edilir. Bəs qanunverciliyə əsasən banklar sığorta sata bilərmi?

Bank sığorta sata bilər, amma...

Sığorta ekspertləri bildiriblər ki, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən təkcə banklar deyil, hər hansı hüquqi şəxsin sığorta fəaliyyəti göstərməsi üçün hüquqi şəxslərin sığorta agenti lisenzsiyası olmalıdır. Bankların əksər hissəsində bu lisenziya olduğu  üçün onların sığorta satması qanuna zidd deyil.

Qanunsuz sığorta satar  bankları cərimə və cinayət məsuliyyəti gözləyir

Sığorta eksperti İlkin İbrahimov fins.az-a bildirib ki, agent lisenziyası olmadan sığorta satışı ilə fəaliyyət göstərən bankları isə qanunla cərimələr, hətta  cinayət məsuliyyəti gözləyir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən qanunsuz sığorta satışından əldə edilən gəlirin həcmi 20 min manata qədər olarsa, 40 min manatdan 80 min manata qədər cərimə tətbiq edilir. Məbləğ 20 min manatdan yuxarı olarsa, 6 aya qədər həbs, 45 min manatdan yuxarı olarsa 135 min manatdan 180 min manata qədər cərimə və ya 1 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Xarici təcrübədə bankların sığorta satması halları geniş yayılıb

İqtisadi ekspert Rəşad Həsənov isə fins.az-a bildirib ki, banklar sığorta satışı həyata keçirə bilər. Beynəlxalq təcrübədə bankların sığorta məhsulu satışından gəlir əldə etməsi halları geniş yayılıb. Bu sahədə transmilli banklar sığorta satışı ilə gəlir əldə etməsi  təcrübəsi daha genişdir. Azərbaycanda isə banklar 100 manat gəlirdən 74 manatını faiz gəlirləri hesabına qazanırdılar. Kreditlərin dayanması isə bankları çeşidli məhsulların satışına diqqət yetirməyə vadar edir. Ekspert bildirib ki, son dövrdə bankların sığorta satışı ilə bağlı reklam kampaniyalarının artması da bununla bağlıdır. R.Həsənov hesab edir ki, banklar sığorta satışı ilə minimal səviyyədə olsa da, gəlirlərini diversifikasiya edə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8484
  • ₽ RUB
    0.0304