SIĞORTA

Yaşıl Kart müqavilələrinin sayı artıb
01 DEKABR
307

Yaşıl Kart müqavilələrinin sayı artıb

2016-12-01 14:46:00

2016-cı ilin noyabr ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılarla 1 367 beynəlxalq sığorta müqaviləsi bağlanıb. Fins.az xəbər verir ki, bunlardan 672 müqavilə Türkiyə və İran İslam Respublikasına, 644 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 51 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan digər ölkələrə səfər edən avtonəqliyyat vasitələrinə aiddir.

Noyabr ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 91 866 manat təşkil edib. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1 125-i minik, 133-ü yük, 98-i qoşqu, 11-i isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələrinə aid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274