SIĞORTA

Şirkətlər «bir güllə ilə iki dovşan» vururlar – HƏYAT SIĞORTASI
30 NOYABR
389

Şirkətlər «bir güllə ilə iki dovşan» vururlar – HƏYAT SIĞORTASI

2016-11-30 14:28:00

Azərbaycanda pulunu həyat sığortasına yatıranlar artıb. Fins.az-ın məlumatına görə, bunu son statistika da təsdiq edir. Bu ilin yanvar-oktyabr ayları üzrə həyatın ölüm halından sığortasında yığımlar 2,7 dəfə artaraq  30 971 701 manat olub. Yaşam sığortası üzrə  yığımlar  14,8 % artaraq  66 251 609 təşkil edib. 

Həyat sığortasına yatırılan pullar 28 milyon manat artıb

İki sığorta növünə bir ildə yatırılan pullar 28 milyon manatdan çox artıb. Sığorta ekspertləri bildirirlər ki, ölkədə yaranan iqtisadi durğunluqdan sonra digər investisiya sahələrinə maraq azalıb. Daha dəqiq desək, bank sisteminə inamın azalması depozit yatırımlarının başqa sahələrə yönəlməsinə səbəb olub. Bu da son nəticədə həyat sığortasına marağın artmasına təsir göstərib.

Hətta bankirlər də pullarını sığortaya etibar edir

Sığorta eksperti Mustafa Abbasbəyli fins.az-a bildirib ki, hazırda iki qrup insanlar həyat sığortasına yatırım edirlər. Bunlar bank işçiləri və şirkətlərdir.Həyat sığortasının əsas üstünlüklərindən biri sosial sığorta xərclərinin və vergi ödənişlərinin  müqavilə müddəti bitəndən sonra toplanıralaraq yenidən müştərinin özünə qayıtmasıdır. Bunu nəzərə alan hətta bank işçiləri də pullarını həyat sığortasına yatırırlar. 

Şirkətlər vergi və sosial sığortadan xilas olur

Ekspert bildirir ki, bankirlərlə yanaşı, şirkətlər də işçiləri üçün bu sığorta növünə yatırım edirlər. Belə ki, bu vasitə ilə həm vergi və sosial sorğuya ödənilən xərclərini azaldırlar. Digər tərəfdən işçilərinə müəyyən müddətdən sonra böyük məbləğdə bonus vermiş olur. Onun sözlərinə görə, Azərbaycanda həyat sığortasına daha çox “BP” kimi xarici şirkətlər yatırım edirlər.

İşçiyə 3 ildən sonra 9500 manat

Məsələn, adi qaydada şirkət işçisinə 1000 manat əmək haqqı verirsə, vergi, sosial sığortaya və digər xərclərə görə aylıq əlavə 469 manat manat ödəməli olur. Bu isə 3 il ərzində 16 890 manat xərc deməkdir. Şirkət isə bu xərcdən xilas olmaq üçün işçiyə 1000 manat əmək haqqı yerinə 800 manat ödəyir. Qalan 200 manatı isə hər ay işçinin adına həyatın yaşam sığortasına yatırır. 3 ildən sonra işçi 9450 manat pul əldə etmiş olur.Ekspert bildirir ki, son nəticədə şirkət işçiyə görə əlavə xərcdən xilas olur, həm də işçinin maaşından sığortaya yönəldilən pulla onun üçün əlavə investisiya imkanı yaradır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275