SIĞORTA

Beynəlxalq Sığorta Şirkətinin kreditorlarına vaxt verildi
30 NOYABR
251

Beynəlxalq Sığorta Şirkətinin kreditorlarına vaxt verildi

2016-11-30 09:30:00

“Beynəlxalq Sığorta Şirkəti” ASC-nin fəaliyyətinə xitam verilməsi məqsədilə ləğvetmə komissiyası yaradılıb. Vergilər Nazirliyindən fins.az-a verilən xəbərə görə, ləğvetmə prosesi Şirkətin baş ofisində - Bakı şəhəri, C.Cabbarlı küçəsi, ev 40C ünvanında həyata keçiriləcək.

Beynəlxalq Sığorta Şirkətinin kreditorları və debitorları 2 ay müddətində həmin ünvana müraciət etməlidirlər. Xatırladaq ki, “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin fəaliyyətinə xitam verilməsi barədə qərar bu il oktyabrın 12-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağında qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271