SIĞORTA

“İqtisadi islahatların nəticəsinə ümid edirik” – SIĞORTA ŞİRKƏTİ
28 NOYABR
363

“İqtisadi islahatların nəticəsinə ümid edirik” – SIĞORTA ŞİRKƏTİ

2016-11-28 14:15:00

Ölkədə  yaranan iqtisadi durğunluq sığorta bazarına da təsirsiz ötüşməyib. Fins.az-ın məlumatına görə, dolların bahalaşmaqda davam etməsi sığorta şirkətlərini də gərginlikdə saxlamaqda davam edir. Valyuta dəyişikliyi birbaşa olmasa da sığorta bazarına təsir göstərir. “AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov fins.az-a bildirib ki, milli valyutanın devalvasiyasından sonra avtomobillərin ehtiyat hissələrinin və dərman vasitələrinin qiymətləri bahalaşıb. Bu da öz növbəsində sığorta ödənişlərimizin kəskin artımına səbəb olub. O deyib ki, şirkət olaraq “AtaSığorta” müştərilərin yaranmış maliyyə çətinliklərinə görə sığorta məhsullarına olan marağının azalmaması üçün tariflərin əvvəlki səviyyədə saxlanılması siyasətini izləyir. Bu da artan xərclərin fonunda gəlirlərin azalmasına səbəb olur. 

Eləcə də bax: “AtaSığorta”nın vəziyyəti məlum oldu – HESABAT

O.Məmmədovun sözlərinə görə, investisiya portfelinin səmərəli idarə olunması nəticəsində qeyd olunan azalmanın bir hissəsinin qarşısı alınıb. Bununla belə, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi islahatların qısa müddətdə ərzində öz müsbət nəticəsini verəcəyinə və yaxın zamanda iqtisadi aktivliyin əvvəlki müsbət dinamikasını bərpa edəcəyinə ümid edirik. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272