SIĞORTA

“Beynəlxalq reytinqli yeganə universal sığorta şirkətiyik” – “AZSIĞORTA”
25 NOYABR
585

“Beynəlxalq reytinqli yeganə universal sığorta şirkətiyik” – “AZSIĞORTA”

2016-11-25 11:56:00

“Azsığorta” Azərbaycanda beynəlxalq reytinqə malik  yeganə universal sığorta şirkətidir. Bunu fins.az-a bu gün faəliyyətinin 10 illik yubileyini qeyd edən “Azsığorta” şirkətinin idarə heyətinin sədri Anar Talıbov deyib.

Qeyd edək ki, Azərbaycan sığorta bazarında  “AzSığorta” böyük bir yol keçib və bu gün ölkənin aparıcı sığorta şirkətlərindən birinə çevrilib: “Düşünürəm ki, ən vacib nailiyyətlərimizdən biri – keçən il Fitch tərəfindən bizə təyin edilən “B+” reytinqdir – biz, beynəlxalq reytinqə malik ölkənin yeqanə universal sığorta şirkətiyik”. Digər nailiyyətimiz isə FIAR-2014 Beynəlxalq sığorta və təkrarsığorta forumunda, qeyri-həyat sığortası sahəsində ölkənin ən gəlirli şirkəti nominasiyasında bizə təqdim edilən mükafatdır. 

“Regionlarda geniş təmisil olunuruq”

Şirkət rəhbəri bildirib ki, regionlarda təmsil olunma baxımından  “AzSığorta” liderdir– 7 filialımız və demək olar ki, Respublikanın hər bir nöqtəsində nümayəndələrimiz var: “Məsələn, keçən ilin sonunda Şəkidə, bu ilin əvvəlində isə İmişli zonasında baş verən zəlzələlər zamanı, biz hər iki halda yerlərdə operativ qərargah salmışdıq. Qısa zaman ərzində insanların müraciətlərini qəbul edərək, zərərləri qiymətləndirib, sığorta ödənişlərinin ödənilməsini təmin etdik”.

İşçilərimizin sayı 11-dən 500-ə yüksəlib

Digər tərəfdən, geniş xidmət şəbəkəsi bizi ölkənin ən böyük işçi sayına malik olan sığorta şirkəti edir – bu günə şirkətdə 500-dən çox əməkdaş çalışır, 10 il əvvəl isə şirkətin cəmi 11 əməkdaşı var idi.

“Sığortada çatdırılma xidmətini  bazara biz çıxardıq”

A.Talıbov bildirib ki, əhalidə sığorta mədəniyyətinin formalaşdırılması işində bizim böyük töhvəmiz var. Bunun bariz nümunəsi “Mobil Sığortaçı” layihəsidir. Ölkədə, sığortanı müştərilərin qapısına gətirən ilk dəfə  və tezliklə məşhur olan “Zəng edin, gələk!” şuarı bütün sığorta bazarına təsir etdi – çatdırma sığorta şirkətlərində adi xidmətə çevrildi.

“Gənc nəsilə karyerə qurmaq imkanı yaradırıq”

Sosial təşəbbüs baxımından, Sığorta Məktəbinin fəaliyyətini qeyd etmək lazımdır.Növbəti ildə bu istiqaməti daha da inkişaf etdirmək planlarımız var. Məqsədimiz – gənc nəsilə sığorta sahəsində karyera qurmaqda real imkanlar yaratmaqdır 

İqtisadi islahatlar sığorta bazarını xilas edəcək

Sonda qeyd etmək istəyirəm ki, bu gün bir çox sahələrlə yanaşı sığorta bazarının da çətin dövr yaşamasına baxmayaraq, Dövlət rəhbərliyi tərəfindən iqtisadiyyatın gücləndirilməsi və sağlamlaşdırılması istiqamətində atılan ardıcıl addımlar, irəlidə bizi hələ çox nailiyyətlər gözlədiyinə inanmağa əsas verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275