SIĞORTA

“PAŞA Həyat” 6 yaşını qeyd edir
24 NOYABR
303

“PAŞA Həyat” 6 yaşını qeyd edir

2016-11-24 18:29:00

Azərbaycanın həyat sığortası bazarının lideri olan “PAŞA Həyat Sığorta” şirkəti bu gün dövlət qeydiyyatına alınmasının 6 illiyini qeyd edir.

 Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, 2010-cu ilin noyabr ayının 24-də Azərbaycan iqtisadiyyatına, o cümlədən ölkənin sığortası bazarının inkişafına öz töhfəsini verə biləcək sığorta şirkəti - “PAŞA Həyat” yaradılıb.   

 “PAŞA Həyat Sığorta” şirkəti 6 il əvvəl bu günki tarixdə 7 mln. manat nizamnamə kapitalı ilə təsis olunub və Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.

 Yaranmasından 6 il keçməsinə baxmayaraq, şirkət düzgün strategiya tətbiq etməsi nəticəsində öz yüksək inkişaf meylləri ilə sığorta bazarının lider şirkətləri sırasına qatılıb. Biznes göstəricilərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, fəaliyətinin 6 ili müddətində şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq 40,250 mln. manata çatdırıb. Bununla yanaşı, toplanan yığımların həcminə görə bazarın əsas iştirakçısı olan “PAŞA Həyat” bu ilin 10 ayında 67 mln. manata yaxın sığorta haqqı ilə ölkədə fəaliyyət göstərən sığorta sirkətləri sırasında ikinci yerdə, həyat sığortası üzrə isə bazarın lideridir.

 Fəaliyyəti tarixində “PAŞA Həyat” yalnız maliyyə sahəsindəki uğurları ilə deyil, günün tələblərindən irəli gələrək, cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan bir çox maraqlı sosial layihələri ilə də gündəmdədir.

 Belə ki, “PAŞA Həyat” Azərbaycanın zəngin tarixi-mədəni irsini, həmçinin müasir inkişafını dünyaya çatdırması istiqamətində İçərişəhərə aid “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklərin kitabı”, Azərbaycan miniatür sənətindən bəhs edən “Təbrizin sehrli nağılları”, Şəkiyə həsr edilmiş “Məftun edən şəhər” və Bakının mədəni irsi və müasir nailiyyətlərini özündə əks etdirən "Bakı simfoniyası"adlı kitabların işıq üzü görməsində, eləcə də bu kitabların oxucu kütləsinə çatdırılmasında yaxından dəstək olub.  

 Şirkət qeyd olunan sosial layihələrdən başqa, gənclərin uğurlu gələcəyini, onların sağlam ruhda böyüməsini, həmçinin ölkədə sağlam gənc nəslin formalaşdırılması siyasətinə də daim öz töhfəsini verib. 

 Məhz bunun təzahürü olaraq, gənc və yeniyetmə şagirdlərin futbola cəlb edilməsi, futbolsevərlər arasında bu idman növünün təbliğ etmək və gəncləri sağlam həyata yönləndirimək məqsədi ilə Sumqayıt şəhərində və onun ətrafında yerləşən bütün orta təhsil ocaqlarını əhatə edən "Futbol və Sağlam Həyat" layihəsi, eyni zamanda  Sumqayıt məktəblilərinin yay tətillərini səmərəli və daha maraqlı keçirməsi üçün "Yay Futbol Düşərgəsi" layihəsi, habelə gənclərin sığortaya olan marağını artırmaq məqsədi ilə tələbələr üçün “Sığorta və sığorta mədəniyyəti” adlı pulsuz maarifləndirici təlim layihələri həyata keçirilib.

 Bu arada sosial layihələr sırasında Azərbaycanda ilk dəfə olaraq “PAŞA Həyat” təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını alan “HR Forum 2015” və “HR Forum 2016” adlı layihəsini, eyni zamanda valideyn himayəsindən məhrum olan uşaqlara göstərilən dəstək layihələrini də xüsusilə qeyd etmək olar.

 Bütün bunların nəticəsi olaraq, fəxr və qürür hissi ilə qeyt etmək olar ki bu kimi sosial layihələr sayəsində “PAŞA Həyat” ictimai əhəmiyyətli qurum imicini qazana bilib.

 Hazırda “PAŞA Həyat” öz inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272