SIĞORTA

İSB-yə Palata nəzarət edəcək
24 NOYABR
551

İSB-yə Palata nəzarət edəcək

2016-11-24 16:50:00

İcbari Sığorta Bürosuna (İSB) nəzarətedici orqan dəyişib. Bu barədə fins.az-a Bürodan bildirilib. Belə ki, prezident İlham Əliyevin fərmanı ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Dəyişikliyə əsasən  İcbari Sığorta Bürosunun Nizamnaməsində “sığorta nəzarəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilib və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində  23 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq təsdiq edilib.

Digər dəyişikliyə əsasən Büronun Himayəçilər Şurasının üzvlərinin tərkibində olan Maliyyə Nazirliyinin nümayəndələrini Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi əvəzləyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272