SIĞORTA

Avtomobil sığortasında nə dəyişib? – ARAŞDIRMA
23 NOYABR
405

Avtomobil sığortasında nə dəyişib? – ARAŞDIRMA

2016-11-23 15:42:00

Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, Azərbaycan avtomobil sığortası bazarı böyüyə bilib. Fins.az-ın son statistika üzrə apardığı təhlil göstərir ki, ölkədə avtomobil sığortası bazarı 9,6 % artıb.       

Avtomobil sığortasından 90,263  milyon manat toplanıb

Belə ki, sığorta şirkətləri yanvar-oktyabr aylarında avtomobillərin icbari sığortası, kasko və könüllü məsuliyyət sığortası üzrə  90,263 milyon manat sığorta haqqı toplaya bilib. Ötən ilin eyni dövründə bu rəqəm 82,331 milyon manat olub. 

Avtomobil sığortasında yığımlarla yanaşı, ödənişlər 5,2 % artıb. Yanvar-oktyabr aylarının nəticələrinə əsasən, sığorta şirkətləri 45,311 milyon manat sığorta ödənişi həyata keçirib. Ötən ilin eyni dövründə isə bu rəqəm 43,046 milyon manat olmuşdu. 

Kasko sığorta azalmaqda davam edir-  19,7 %

Statistika göstərir ki, yanvar-oktyabr aylarında kasko sığorta üzrə yığımlar azalmaqda davam edib. Belə ki, ötən ilin 10 ayında sığorta şirkətləri 22,999 milyon manat sığorta haqqı toplamışdı. Bu ilin eyni dövründə isə şirkətlər könüllü avtomobil sığortasından cəmi 18,453 17,463 milyon manat sığorta haqqı toplaya biliblər. Bu isə 19,7 % azalma deməkdir.

Kasko üzrə ödənişlər isə 18,439 milyon manatdan 12,523 milyona düşüb – yəni 32 % azalma qeydə alınıb.

 İcbari sığortada həm yığımlar, həm ödənişlər artıb

Kasko sığortasındakı azalmanı avtomobillərin icbari sığortası kompensasiya edib. Statistikaya əsasən 2016-cı ilin yanvar-oktyabr aylarında  icbari  avtomobil sığortası üzrə yığımların həcmi 70,409 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,7% çoxdur(2015-ci ilin yanvar-oktyabr ayları üzrə 58,297 milyon manat). 

Avtomobillərin icbari sığortası üzrə ödənişlər isə 33,6% artaraq 32,707 milyon manat olub.

Avtomobillərin könüllü məsuliyyət sığortasında 30,9% artım

Avtomobillərin icbari sığortası ilə yanaşı, avtomobillərin könüllü məsuliyyət sığortası üzrə yığımlar da artıb. Sığorta şirkətləri bu növ üzrə  ötən ilin 10 ayında 1,033 milyon manat sığorta haqqı yığa bilmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 35,4% artımla 1,399 milyon manat təşkil edib.  

Avtomobil sığortasında  zərərlilik düşüb

Avtomobil sığortası bazarında böyümə zərərliliyi də aşağı salıb. Belə ki, şirkətlər  avtomobil sığortasından topladıqları hər 100 manatdan 50,2 manatını ödəniş olaraq müştərilərə geri qaytarıblar. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 52,3 manat təşkil etmişdi.

Avtomobillərin könüllü məsuliyyət sığortası üzrə ödənişlər əksinə, 38,4% azalaraq 105,018 min manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275