SIĞORTA

“AXA MBASK”ın vəziyyəti məlum oldu – HESABAT
22 NOYABR
277

“AXA MBASK”ın vəziyyəti məlum oldu – HESABAT

2016-11-22 09:14:00

“AXA MBASK” sığorta şirkətinin bu ilin yanvar-oktyabr ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi  22,5 % artaraq 18 553 586 manat olub.Ötən ilin eyni dövründə bu rəqəm 15 135 878 milyon manat təşkil edib. “AXA MBASK” təkcə oktyabr ayında 1 277 117 milyon manat sığorta haqqı toplayıb.     

Sığorta şirkətinin ödənişləri isə əksinə, 15,9 % azalaraq 7 676 473 manat olub. 2015-ci ilin yanvar-oktyabr aylarında isə şirkətin ödəniş xərci 9 135 178 manata çatmışdı. Sığorta şirkətinin oktyabr ayında ödənişləri isə 915 707 manat təşkil edib.

Bundan əlavə, yanvar-oktyabr aylarının nəticələrinə görə şirkətin zərərliliyi azalıb. Belə ki, yığımların artması fonunda ödənişlərin azalması zərərliliyin aşağı düşməsinə səbəb olub. Sığorta şirkəti ötən ilin 10 ayında topladığı hər 100 manatdan 60,3 manatını ödəniş olaraq geri qaytarıbsa, bu ilin eyni dövründə  bu rəqəm 41,4 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270