SIĞORTA

Sığorta sektorunda vəziyyət məlum oldu – RƏSMİ
21 NOYABR
501

Sığorta sektorunda vəziyyət məlum oldu – RƏSMİ

2016-11-21 16:30:00

Cari ilin yanvar-oktyabr ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 420 milyon manat həcmində sığorta haqqı toplanmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 milyon manat və ya  11 % çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 191 milyon manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətdə 36% çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 10 ayı ərzində  könüllü sığorta növləri üzrə haqlar 15%, ödənişlər isə 38% artmışdır. İcbari sığorta növləri üzrə haqlar 4%, ödənişlər isə 30% artaraq müvafiq olaraq 148 və 47 milyon manat təşkil etmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274