SIĞORTA

Bağlanan sığorta şirkətində - “SON NƏFƏS”
21 NOYABR
600

Bağlanan sığorta şirkətində - “SON NƏFƏS”

2016-11-21 12:13:00

Fəaliyyətini dayandıran “Azərqarant Sığorta” şirkətinin son nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,ümumi yığımlarının həcmi 17,4 % artaraq 323 178 manat təşkil edib.

Halbuki, 2015-ci ilin yanvar-oktyabr aylarında isə 211 520 manat sığorta haqqı toplanılmışdı.Sığorta haqqlarının əsas hissəsi fərdi qəza, tibbi və əmlak sığortasının payına düşüb. Maraqlıdır ki, sığorta şirkətinin fəaliyyətinin sonuncu, yəni oktyabr ayında isə 85 138 manat sığorta haqqı toplaya bilmişdi.

Bu isə sentyabr ayı ilə müqayisədə 4,4 dəfə çoxdur (sentyabr ayı üzrə yığımların həcmi 18 955 manat olub).

Yığımlardan fərqli olaraq şirkətin ödənişləri 41,5% azalıb. Belə ki, ötən ilin 10 ayında 1 688 manat ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 987 manat olub. “Azərqarant Sığorta” fəaliyyətinin son ayında isə heç bir ödəniş etməyib.
“Azərqarant” topladığı hər 100 manatdan cəmi 30 qəpiyini ödəniş olaraq müştərilərinə qaytarıb.

Eləcə də bax: Daha bir sığorta şirkəti bağlandı – EKSKLÜZİV

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272