SIĞORTA

Sığorta şirkəti dəyişikliyə hazırlaşır - TOPLANTI
20 NOYABR
807

Sığorta şirkəti dəyişikliyə hazırlaşır - TOPLANTI

2016-11-20 18:33:00

Dekabrın 22-də “Başak İnam Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq saat 11:00-da Şirkətin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 79 ünvanındakı baş ofisində baş tutacaq.

Yığıncağın gündəliyinə “Başak İnam Sığorta”nın 2016-ci ilin ilk 9 ayı üzrə fəaliyyətinin yekunlarının müzakirə edilməsi, nizamnamə kapitalının artırılması, eləcə də Şirkətin adının dəyişdirilməsi kimi məsələlər daxildir.
 
 
****
 
“Başak-İnam Sığorta Şirkəti” ASC səhmdarlarının nəzərinə!
 
“Başak-İnam Sığorta Şirkəti” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı  2016-cı il 

dekabrın 22-də   “Başak-İnam Sığorta Şirkəti” ASC-nin baş ofisində (AZ- 1141, Bakı, H. Cavid prospekti, 79) keçirəcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. Cəmiyyətin 2016-cı ilin 9 aylıq fəaliyyətinin yekunları haqqında.

2. Nizamnamə kapitalının artırılması haqqında.

3. Cəmiyyətin adının dəyişdirilməsi haqqında.

Səlahiyyətli nümayəndənin adının əvvəlcədən bildirilməsi, vəkalətnaməsi və şəxsiyyət vəsiqəsi ilə birlikdə 22 dekabr  2016-cı il saat 11.00-da yuxarıdakı  ünvanda olması vacibdir.

Əlaqə telefonları- (+994 12) 448 00 45, 448 00 54 və 448 00 59.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270