SIĞORTA

Sığorta şirkətində maliyyə yoxlaması aparılacaq
18 NOYABR
523

Sığorta şirkətində maliyyə yoxlaması aparılacaq

2016-11-18 15:07:00

"İpək Yolu Sığorta"da maliyyə yoxlaması aparılacaq. Fins.az-ın məlumatına görə, şirkət  maliyyə-təsərrüfatı fəaliyyəti yoxlanılması üçün müstəqil auditorun seçilməsi qərarına gəlib. Dekabr ayının 28-də bu məsələnin müzakirəsi üçün sığorta şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.  

Lazımi sənədlərin təqdim edilməsi üzrə məsul şəxs    "İpək Yolu Sığorta”nın  baş mühasibi Rəna Əlyəddin qızı Quliyevadır.

Qeyd edək ki, yığıncaq şirkətin Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 ünvanında yerləşən ofisində baş tutacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275