SIĞORTA

Sığorta şirkəti ilə bağlı – QƏRAR VERİLDİ
18 NOYABR
625

Sığorta şirkəti ilə bağlı – QƏRAR VERİLDİ

2016-11-18 14:26:00

“Başak İnam” sığorta şirkəti bazarda fəaliyyətini davam etdirəcək. Fins.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkətinin kapital problemi aradan qaldırılır. Qeyd edək ki, bir qədər əvvəl əsas səhmdarlarından birinin, yəni “Zamin Bank”ın bağlanması ilə sığorta şirkəti kapital çatışmazlığı ilə üzləşmişdi.

Belə ki, “Başak İnam”ın 24%  (1,697 mln. manat) səhmdarı hazırda ləğvetmədə olan bank idi. Qanunverciliyin tələbinə əsasən sığorta şirkətinin kapitalına qoyulan tələb 5 milyon manatdır. Səhmdarının birini itirdikdən sonra isə şirkətin kapitalı 3,3 milyon manata düşmüşdü.

Bununla belə, şirkətin səhmdarları kapitalı artırmaq qərarına gəliblər. Belə ki, dekabr ayının 22-də  “Başak -İnam”ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Yığıncaqda əsas məsələ olaraq şirkətin kapitalın artırılması və şirkətin gələcək inkişafı məsələsi müzakirə ediləcək. Qeyd edək ki, tələbə əsasən sığorta şirkətinin kapital artımının 1,7 milyon manatdan artıq olacağı gözlənilir. 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275