SIĞORTA

Bir ayda cəmi 6 min manat sığorta haqqı topladı – HESABAT
17 NOYABR
341

Bir ayda cəmi 6 min manat sığorta haqqı topladı – HESABAT

2016-11-17 10:00:00

“Başak İnam” sığorta şirkətinin bu ilin 10 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, yanvar-oktyabr aylarında toplanan sığorta haqqlarının ümumi həcmi 506 069 manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları  44,6 % azalıb. Belə ki, ötən ilin 10 ayında  bu göstərici 913 648 manat təşkil edib.  

Toplanan sığorta yığımlarının böyük hissəsi, əmlakın yanğından və digər risklərdən sığortasına aiddir. Sığorta haqlarının digər hissəsi kasko sığortanın,avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasının, işə götürənlərin məsuliyyət sığortasının və səyahət sığortasının payına düşüb.Sığorta şirkətinin bir aylıq yığımlarının həcmi isə cəmi 5 951 manat olub.

«Başak İnam»ın ödənişləri isə ötən illə müqayisədə 5,6 dəfə azalaraq  137 577 manat olub. Belə ki, ötən ilin bu dövründə şirkətin ödənişləri 777 120 manat təşkil etmişdi.

Şirkətin məlumatına görə, ödənişlərin böyük hissəsi kasko sığortanın payına düşüb.Ödənişlərin qalan hissəsi fərdi qəza və xəstəlik sığortası,avtomobil sahiblərinin mülki məsuliyyətinin, əmlakın yanğından sığortası və tibbi sığorta üzrə verilib.“Başak İnam”ın oktyabr üzrə ödənişlərinin həcmi isə 17 851 manat təşkil edib.

Sığorta şirkətinin ümumi portfelinin kiçilməsinə baxmayaraq zərərliliyi kəskin azalıb. Buna səbəb isə ödənişlərin kəskin azalması olub. Son statistikaya əsasən, sığorta şirkəti ötən ilin yanvar-oktyabr aylarında topladığı hər 100 manatdan 85 manatını ödəniş olaraq müştərilərinə qaytarıb. Bu ilin eyni dövründə bu rəqəm cəmi 27,1 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271