SIĞORTA

“İpək Yolu Sığorta”nın vəziyyəti məlum oldu – HESABAT
16 NOYABR
268

“İpək Yolu Sığorta”nın vəziyyəti məlum oldu – HESABAT

2016-11-16 15:38:00

“İpək Yolu Sığorta” şirkəti bu ilin yanvar-oktyabr ayları üzrə nəticələrini məlum olub. Fins.az-ın məlumatna görə, şirkətin ümumi yığımların həcmi 9,1% artaraq 18 489 056 manata olub. Ötən ilin eyni dövründə isə bu rəqəm  16 707 694 manat təşkil etmişdi.Sığorta şirkəti təkcə oktyabr ayında isə 222 846 manat sığorta haqqı toplaya bilib.

 Sığorta şirkətinin ödənişləri isə birdən-birə 4,6 dəfə artaraq  2 622 348 manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm cəmi  562 225 manat olub. Qeyd edək ki, ödənişlərin bu qədər artmasına səbəb sentyabr ayında Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsinə görə əlavə 1 949 849 manat kompensasiya verilməsi olub.“İpək Yolu Sığorta”nın  oktyabr ayı üzrə ödəniş xərcləri isə 402 654 manat təşkil edib. 

Sığorta şirkətinin böyük ödəniş verməsi onun zərərliliyinə də təsir edib.Son statistikaya əsasən, şirkət topladığı hər 100 manatdan  14,1 manatını ödəniş olaraq müştərilərinə verib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 3,4 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275