SIĞORTA

“Alfa Sığorta”nın öhdəliklərini kim yerinə yetirəcək?
16 NOYABR
298

“Alfa Sığorta”nın öhdəliklərini kim yerinə yetirəcək?

2016-11-16 08:33:00

Lisenziyası ləğv edilən “Alfa Sığorta” şirkəti  kreditorlarına yenidən müraciət edib. Fins.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, könüllü və təkrarsığorta müqavilələrinə “Müflisləşmə və iflas haqqında” qanunun tələblərinə əsasən xitam verilir. Sığorta şirkətinin icbari sığorta müqavilələri və öhdəliklərini isə qüvvədədir.Bu öhdəlikləri İcbari Sığorta Bürosu həyata keçirəcək. Sığorta şirkətindən bildirilib ki, bununla bağlı tələbləri olan hüquqi və fiziki şəxslər (60 gün müddətində) dekabr ayının sonuna kimi yazılı şəkildə təqdim edə bilərlər.

Qeyd edək ki, bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasından fins.az-a bildirilmişdi ki, “Alfa Sığorta”nın öhdəlikləri üzrə 7 min icbari sığorta müqaviləsi üzrə öhdəliklər  İcbari Sığorta Bürosuna ötürüləcək. Ötürülməsi planlaşdırılan 5 min müqavilə avtomobillərin icbari sığortası, 2 min sığorta müqaviləsi isə daşınmaz əmlakın icbari sığortasına aiddir.Öhdəliklərin ötürülməsi prosesinə noyabr ayının sonundan etibarən balaşnılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272