SIĞORTA

“AXA” daha bir şirkətini satdı
15 NOYABR
423

“AXA” daha bir şirkətini satdı

2016-11-15 13:36:00

Fransanın sığorta nəhəngi  “AXA” indi də İngiltərədəki agentliyini satmaqla gündəmə gəlib. Fins.az-ın məlumatına görə, söhbət  şirkətin bu ölkədəki agenti “Bluefin”dən gedir. Belə ki, “AXA”  “Bluefin”i ABŞ sığorta şirkəti “Marsh”a  satdığını açıqlayıb. Müqavilənin dəyəri 295 milyon funtdur. 

Bununla belə, İngiltərə sığorta agentinin satışı “AXA”ya ziyan hesabına başa gələcək. Məlumata görə, “Bluefin”in satışı ilə bağlı sığorta sövdələşməsi   “AXA”ya 66 milyon avro zərər vuracaq. 

  Artıq bir müddətdir sığorta brendi İngiltərədəki əməliyyatlarını satmağa başlayıb. Bir qədər əvvəl isə “AXA” Ruminiya bazarını tərk etmişdi. Bu ölkədəki  BCr Life və Omniasig  şirkətlərini “Vienna Insurance Group”a satmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272