SIĞORTA

İcbari Tibbi Sığortadan kimlər istifadə edə bilər?
15 NOYABR
331

İcbari Tibbi Sığortadan kimlər istifadə edə bilər?

2016-11-15 09:11:00
İcbari Tibbi Sığorta (İTS) Azərbaycanda milli səhiyyə sistemini təkmilləşdirmək məqsədilə dövlət tərəfindən həyata keçirilən sosial layihədir.

İTS-nin əsas məqsədi, Azərbaycan vətəndaşlarının sağlamlıq vəziyyətinin qorunması və yüksəldilməsi, əmək qabiliyyətinin və aktiv uzunömürlülüyünün təmin edilməsinə yönləndirilmiş keyfiyyətli, etibarlı, müasir standartlara cavab verən tibbi xidmətlərin göstərilməsinə və əlaçatan olmasına zəmanət verəcək universal və dayanıqlı səhiyyə sistemini təşkil etməkdir.

Əhalini və tibb müəssisələrini maarifləndirmək, həmçinin yeni səhiyyə sistemini təşviq və təbliğ etmək məqsədilə pilot ərazilərdə – Mingəçevir şəhərində və Yevlax rayonunda İTS-nin ilkin tətbiqi nəzərdə tutulur. Gələcəkdə isə səhiyyənin yeni modelinin mərhələli şəkildə bütün ölkə üzrə tətbiq edilməsi planlaşdırılır.

Kimlər istifadə edə bilər?

İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi baxışlarından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan bütün insanlar icbari tibbi sığortadan faydalanmaq hüququna malik olacaqlar.

İTS çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edə bilər?

  • Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti)
  • İlkin səhiyyə (alilə həkimi) xidməti
  • Ambulator şəraitdə müayinə və müalicə
  • Stasionar müalicə
  • Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.)
  • Fizioterapevtik xidmətlər
  • Laborator müayinələr
  • Hamiləlik və doğuş xidməti
  • Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.)
  • Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya
  • Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.)
  • Həmçinin, müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə və s.

Vətəndaşlar İTS haqqında nələri bilməlidir?

  • İTS bütün dünyada müasir, davamlı inkişafı və keyfiyyətli tibbi xidməti təmin edən yeni səhiyyə sistemidir;
  • Bu sistemin, sonradan genişləndirilə biləcək baza (əsas xidmətlər) zərfi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur

İTS-nin tətbiqi əhalinin sağlamlıq səviyyəsinə necə təsir göstərəcək?

  • Yeni sistem (İTS) – xəstəliklərin erkən mərhələdə aşkar edilməsi ilə daha ağır mərhələyə keçidinin qarşısını alacaq;
  • Ən ucqar kəndlərdə belə əhali keyfiyyətli tibbi xidmətlərlə təmin olunacaq;
  • İnfeksion və digər xəstəliklərin səmərəli profilaktikasını təşkil edəcək.

Tibb işçilərinə İTS-nin tətbiqi nə verəcək?

İTS çərçivəsində səhiyyə işçilərinin əməyinin qiymətləndirilməsidə yeni maliyyələşmə üsulları (mənbələri əldə etmə), tibb işçilərinin (istehsalçı) stimullaşdırması mexanizmləri, tibbi yardımın həcmi və keyfiyyətinə nəzarətin forma və metodları diqqət mərkəzində olacaqdır.

Mənbə: http://www.its.gov.az/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275