SIĞORTA

Sığorta şirkəti bank problemini necə həll etsin? – 3 TƏKLİF
14 NOYABR
447

Sığorta şirkəti bank problemini necə həll etsin? – 3 TƏKLİF

2016-11-14 15:36:00

Azərbaycanın bank sektorundakı problemlər və bəzi bankların fəaliyyətinin dayandırılması sığorta şirkətləri üçün də başağrısına çevrilməyə başlayıb. Fins.az-ın məlumatına görə, əgər indiyədək bank kreditlərinin azalması sığorta şirkətlərinin müştərilərini azaldırdısa, indi sığorta şirkətləri digər istiqamətdən zərbə alırlar. Sığorta şirkətlərinin bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qarşısında təkliflər irəli sürdüyü haqqında məlumat vermişdik.

Eləcə də bax: «Əmanətlərə təminat verin, ya da sağlam bankları açıqlayın» – PALATAYA TƏKLİF

Sığortaçılar təklif edirlər ki, banklarda yaranan böhranla bağlı eyni halın sığorta şirkətlərinə keçməsinin qarşısını almaq üçün Palata ya sağlam bankların siyahısını açıqlasın. Ya da sığorta şirkətlərinin banklardakı depozitlərinə görə dövlət təminatı verilsin.

Bəzi ekspertlər  təklifləri məqsədəuyğun hesab etmirlər. Sığorta eksperti, “PAŞA Həyat” sığorta şirkətinin idarə heyətinin üzvü Rüstəm Məmmədov fins.az-a bildirib ki, şirkətin sağlam bankların siyahısını tələb etməsi düzgün deyil. Sığorta şirkətləri hər hansı banka depozit qoyarkən o bankın prudensiallarına baxır və istədiyi informasiyaları banklardan alır: “Yəni hər ya Palata «bu bank zəifdir, bu bankın maliyyə vəziyyəti yaxşıdır» deyə məlumat açılaya bilməz. Bir ay sağlam bankların siyahısının açıqlanarsa, siyahıda 15 bankdan 3-nün adı olmasa həmin banklar bağlanar”. Ekspert hesab edir ki, nəticədə bu bank sektorunda kiriz yaradar. 

R.Məmmədov bununla yanaşı, sığorta şirkətləri üçün daha səmərəli investisiya imkanları təklif edir.O, məsələyə bir neçə aspektdən yanaşılmalı olduğunu deyir. Qanunvericiliyə görə requlyator hazırda Palatadır. Palata sığorta sektorunun inkişafından məsuliyyət daşıdığı üçün o sığorta sektorunu qorumaq məqsədilə tələb edir ki, depozitlər, yəni yığımlar bir bankda saxlanılmasın.Bu klassik investisiya qaydasıdır, yəni bütün yumurtaları eyni səbətdə saxlama.

1. Banklarda depozit imkanları hələ də var

Bəs hazırki iqtisadi vəziyyətdə, xüsusilə də banklarda yaranan vəziyyətlə bağlı sığorta şirkətləri nə etməlidir? Qeyd edək ki, hazırda ölkədə bütün banklar batmayıb. Bağlanan banklar fəaliyyətini dayandırıb, digər banklar fəaliyyətlərini gücləndirirlər.Bu baxımdan sığorta şirkətlərinin banklarda depozit imkanları hələ də var. 

2. SOCAR-ın və Maliyyə Nazirliyinin istiqrazları

Ikincisi, son dövrlərdə qiymətli kağızlarla bağlı imkanlar ortaya çıxıb. Məsələn, buna SOCAR-ın və Maliyyə Nazirliyinin təqdim etdiyi istiqrazları aid etmək olar. Yəni investisiyanı qiymətli kağızlara yatırmaq imkanı da yaranıb.

 Eləcə də bax: SOCAR istiqrazlarının alış-satış qiyməti kəskin dəyişib

3. Xaricdə investisiya imkanları da var

Digər tərəfdən qanunvericilik, sığorta şirkətlərinə xaricdə investisiya imkanlarına heç bir məhdudiyyət qoymur. Yəni, sığorta şirkəti daxildəki invesitiyalardan daha mənfəətli xarici investisiya imkanları bilirsə orada yatırım edə bilər.  R.Məmmədov əlavə edib ki, hər iqtisadiyyatda makroiqtisadi  enişlər və yüksəlişlər olanda şirkətlərin çətinlikləri olur.Hər bir yüksəlişdə isə fürsətləri çox olur. Şirkətlər də təbii ki hər iki vəziyyətə adaptasiya olmalıdırlar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272