SIĞORTA

Sığorta şirkətinin yığımları 3 milyon manat artıb – HESABAT
14 NOYABR
375

Sığorta şirkətinin yığımları 3 milyon manat artıb – HESABAT

2016-11-14 14:56:00

“Meqa Sığorta” şirkətinin bu ilin yanvar – oktyabr ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,  ümumi yığımların həcmi  18% artaraq 19 134 041 manat olub.  Ötən ilin eyni dövrü isə sığorta şirkəti 16 171 644 manat sığorta haqqı toplamışdı. Sığorta şirkətinin oktyabr ayı üzrə yığımları isə 502 587 manat olub.  

Sığorta şirkətinin yığımları ilə yanaşı, ödənişləri 42% artaraq 2 384 138 manat olub. 2015-ci ilin yanvar – oktyabr ayları üzrə ödəniş xərcləri isə 1 678 465  manat olub.Şirkətin oktyabr ayı üzrə ödənişləri isə 280 866 manat təşkil edib.

Sığorta şirkətləri arasında “Meqa Sığorta”nın zərərliliyi xeyli aşağıdır. Buna baxmayaraq, şirkətin zərərliliyi artmağa başlayıb. Statistika göstərir ki,  sığorta şirkəti ötən ilin 10 ayında hər 100 manatdan 10,3 manatını ödəniş xərclərinə yönəldib. Bu ilin eyni dövründə isə xərclər artaraq 12,4 manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271